Bu metrostansiyalarda iş rejimi 1 saat uzadıldı

Bu metrostansiyalarda iş rejimi 1 saat uzadıldı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən keçə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Qarabağ” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, Bakı Metropoliteni QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə Bakı Metropoliteni QSC tərəfindən müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Gent” oyunu saat 21:45-də başlayacaq.

Teqlər: