Bu mətni müharibədən əvvəl də, sonra da oxudum

Bu mətni müharibədən əvvəl də, sonra da oxudum

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul olunmasının 33-cü ildönümündə bəyannaməni tənqid edib.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, baş nazir bəyannamənin qəbul edilməsinin bugünkü erməni dövlətçiliyinin əsasını qoymaqla ölkə tarixində dönüş nöqtəsi olduğunu bildirib.

O, sənədin Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul olunduğunu deyib.

Paşinyanın sözlərinə görə, o, bəyannamənin mətnini 2-ci Qarabağ müharibəsindən əvvəl, xüsusən müharibədən sonra dəfələrlə oxuyub.

“Bəynnamənin mətninin gərgin təhlili göstərir ki, biz nəticədə bizi SSRİ-nin hissəsinə çevirən düstura əsaslanan diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi daima qonşularımızla münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”, – Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan bu bəyannamə ilə SSRİ-dən ayrılma kursunu bəyan etsə də, ondan çıxışın bütün yollarını bağlayıb.

“Biz XX əsrin sonunda qəbul edilən bəyannamə ilə 20-ci əsrin əvvəllərində müstəqilliyimizi itirməyə aparan düsturu bir daha qəbul etmişik”, – Paşinyan deyib.

“İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Əgər sülhə nail olsaq, müstəqillik də olar. Sülh olmadığı müddətcə SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında dolaşacaq”, – deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri müstəqilliyi, suverenliyi, demokratiyanı seçdiyini deyib.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il 23 avqust tarixində qəbul edilib.

Teqlər: