Moskva təhlükəsizlik məsələlərini NATO ilə müzakirə etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə keçirilən görüşdə deyib.
O qeyd edib ki, Rusiya həm Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı (Aİİ), BRİKS, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa və NATO ilə əsas, həyati vacib təhlükəsizlik məsələlərini geniş müzakirə etməyə hazırdır.