Düşmənlər bizim inanc və dini dəyərlərimizi zəiflətmək üçün problemlərin iqtisadiyyatla əlaqələndirirlər.
AzerTimes xəbər verir ki, bunu Xameneinin Gilan əyalətindəki nümayəndəsi Rəsul Fəlahəti deyib.
“Hicab məsələsi həll olunduğu təqdirdə iqtisadiyyat da inkişaf edəcək”,- Fəlahəti deyib.
Qeyd edək ki, İranın Prezidenti Məsud Pezeşkian iqtisadiyyatın acınacaqlı durumda olmasının ölkədəki digər problemlərin ortaya çıxması ilə nəticələndiyini deyib. Xameneinin nümayəndəsinin bu çıxışı Pezeşkiana qarşı cavab kimi də qəbul edilə bilər.