“Dağlıq Qarabağ”ın ləğvi haqqında fərmanı imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O bildirib ki, keçən il ermənilərin Qarabağı tərk etməsinə mane olmaqda ittiham olunurdu, indi isə onu danlayırlar ki, insanların ora geri qayıtmasına mane olurlar.
Paşinyan “Dağlıq Qarabağdan olan bəzi keçmiş rəsmilər tərəfindən formalaşdırılan” məntiqlə Qarabağ ermənilərinin geri qayıtmasını qeyri-real adlandırıb.