Bu məhsullarımızın AB-yə ixracına icazə verildi

Bu məhsullarımızın AB-yə ixracına icazə verildi

Dünyada qida təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi xarici investorların Azərbaycan iqtisadiyyatına marağını və yerli məhsulların istehsal imkanlarını artırıb.

AzerTimes xəbər verir ki, bunu “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən regional tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına da töhfə verməkdədir:

“Belə ki, həyata keçirilən tədbirlər sayəsində Avropa Birliyinə (AB) yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib.

Qeyd olunan faktlar deməyə əsas verir ki, Kodeks Alimentarius Komissiyası ilə əməkdaşlıq ölkəmizin qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmağa kömək etməklə, həm daxili istehlak, həm də ixrac üçün olan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına şərait yaradır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılacaq qida məhsullarının keyfiyyətinə olan inamı da möhkəmləndirəcək”.

Teqlər: