Tarixi və real Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi şəxsən mənim üçün çox ağrılı mövzudur.
AzerTimes xəbər verir ki, bu sözləri mayın 22-də parlamentdə “hökumət saatı”nda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Getdiyimiz yol bizi konkret sərhədləri olan konkret dövlətə aparıb. Bu məğlubiyyət deyil, şüurumuzun hisslərimiz üzərində böyük qələbəsidir.
İndi Ermənistanda özəyini dövlət, suverenlik və müstəqillik təşkil edən dövlət ideologiyası formalaşır. Bu, Ermənistan vətəndaşları üçün tarixi nailiyyətdir. Kirantsda çəkilən yol sadəcə yol deyil, tarixi Ermənistandan real Ermənistana gedən yoldur. İki aya hazır olacaq”, – deyə o qeyd edib.