Xəbər - Samir Əli – Trend:
Bakıda M8 ekspress xətti üzrə hərəkət edən marşrut avtobuslarında gediş haqqı ucuzlaşıb.
AzerTimes-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli tvitter hesabında yazıb.
V.Kərimli bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib:
“Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib”.