Bu, Makronun qeyri-ciddi olduğunu göstərir – Rus deputat

Bu, Makronun qeyri-ciddi olduğunu göstərir – Rus deputat

Ukraynada xüsusi əməliyyat başlayandan Fransa beynəlxalq işlərdə bu prinsipi rəhbər tutdu: “Birincini fikirləşir, ikincini deyir, üçüncüyə əməl edirəm”.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev deyib.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin ona zəng edəcəyi təqdirdə dəstəyi qaldıracağını, lakin Rusiya liderinə zəng etmək üçün onun səbəbi olmadığını bəyan etmişdi.

“Parisin var qüvvəsi ilə can atdığı bu siyasət nə fövqəldövlətə, nə cavabdeh beynəlxalq vasitəçiyə xasdır və Makronun bizim Prezidentə zəng etməyəcəyi barədə dediyi sözlər qeyri-ciddi davranışın növbəti nümunəsidir”, – deputat bildirib.

Teqlər: