Qoşunların çıxarılması və Fransa səfirinin Nigerdən geri çağırılması alçaldıcı şəraitdə həyata keçirilir, bu, Fransa diplomatiyasının uğursuzluğudur.
AzerTimes xəbər verir ki, bunu Fransanın ultrasağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen deyib.
“Reallıq belədir ki, bizi Afrikadan qovdular. Səfirimiz və əsgərlərimiz alçaldıcı şəraitdə Nigeri tərk etməyə məcburdur. Bu, Fransa diplomatiyasının ciddi uğursuzluğudur”.