Bu magistral yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun
Hacıqabul rayonu ərazisindən keçən 89.7-ci km-də yerləşən mövcud
avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlqədar olaraq may
ayının 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən
məhdudlaşdırılacaq.

Agentlikdən AzerTimes-a bildirilib ki, hərəktin məhdudlaşdırılması
Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək.

Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət
təmin olunacaq.

Sürücülərdən təmir işlərinin aparılmasına anlayışla yanaşmaları,
sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti
yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət
etmələri xahiş olunur.

Teqlər: