Bu maaşları ciddi şəkildə qaldıra bilərik – Nazir müavini

Bu maaşları ciddi şəkildə qaldıra bilərik – Nazir müavini

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deputatların ictimai işlərdə işləyənlərin maaşının az olması ilə bağlı fikirlərinə münasibət bildirib.

AzerTimes xəbər verir ki, o, Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib ki, ictimai işlər ali təhsili olmayan vətəndaşlar üçündür.

“Biz həmin maaşları ola bilsin ki, minimum əməkhaqqından da ciddi şəkildə yuxarı qaldıra bilərik. Çünki əmək bazarında müəyyən ayrıseçkilik və digər neqativ hallar yoxdur”, – nazir müavini qeyd edib.

Teqlər: