Müttəfiq ölkələrimiz bəzi şeyləri bizə verməyəcəklərini desələr də, gün gələndə biz bütün bunları onların qarşısına qoymalıyıq. Bizə F-35-i verməyənlər (ABŞ) bir gün utanacaqlar.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
“Milli döyüş təyyarəsi (HÜRJET) bizim ən mühüm layihəmizdir. Bu, xarici dövlətlərin rişxəndlə baxdığı bir layihədir. Amma onlar bizim bunu necə həyata keçirdiyimizi görəcəklər. Bu başlanğıc nöqtəsidir. Gecə-gündüz çalışıb bunu türk millətinin istifadəsinə verəcəyik”, – Dəmir bildirib.