Bu, Kremlin mənasız təbliğatıdır – ABŞ

Bu, Kremlin mənasız təbliğatıdır – ABŞ

Kremlin “Krokus Siti Holl”dakı teraktı Kiyevlə əlaqələndirməsi mənasız təbliğatdan başqa bir şey deyil.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Con Kirbi deyib.

O bildirib ki, Rusiya tərəfinin bu yöndə açıqlamaları cəfəngiyyatdır və bu hücuma görə məsuliyyəti İŞİD daşıyır.

Kirbi bir daha xatırladıb ki, ABŞ teraktla bağlı öncədən Rusiya təhlükəsizlik orqanlarına xəbərdarlıq məktubu ünvanlamışdı.

Teqlər: