Bu konsepsiyanı Əliyev və Putin formalaşdırıb

Bu konsepsiyanı Əliyev və Putin formalaşdırıb

Azərbaycan və Rusiya regionda beynəlxalq prinsiplərə, qanunlara və qaydalara cavab verən, həmçinin ən yaxın qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yeni münasibətlər konsepsiyasını təqdim ediblər.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasinlə görüşündə deyib.

“Biz Azərbaycan və Rusiya Federasiyası beynəlxalq ictimaiyyətə regionumuzun dövlətləri arasında münasibətlərin yeni konsepsiyasını təqdim edə bildik”, – S.Seyidov bildirib.

O qeyd edib ki, bu konsepsiyanı iki dövlətin rəhbərləri formalaşdırıb və bu siyasətin əsası Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə Azərbaycana səfəri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşü ilə qoyulub.

Teqlər: