Bakıda bəzi bina sakinlərinə Azəristiliktəchizat ASC tərəfindən bildiriş gəlib.
Sakinlər bildirirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən artdığı qeyd olunur.
AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azəristiliktəchizat ASC-in mətbuat katibi bildirib ki, isti su tarifləri 2017-ci ildən etibarən Tarif Şurası tərəfindən tənzimlənmir.
“Buna görə də isti su tarifləri Səhmdar Cəmiyyətin bu yöndə xərclərini tam əhatə etməklə hesablanır. Hazırda isti su tarifləri 3413 mənzil əhatə edir”, – deyə o qeyd edib.