Azərbaycanda fəaliyyət göstərən bir sıra kollecə publik hüquqi şəxs statusu verilib.
AzerTimes-ın məlumatına görə, Baş nazir Əli Əsədov bəzi orta ixtisas təhsil müəssisələrinin yenidən təşkili haqqında qərar imzalayıb.
Qərara əsasən aşağıdakı təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilib:
- Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci,
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci,
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci,
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci,
- Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci,
- Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci,
- Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci,
- Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci,
- Ağcabədi Pedaqoji Kollecinin, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci,
- Ağdam Musiqi Kollecinin, Ağdaş Dövlət Humanitar Kollecinin, Astara Pedaqoji Kollecinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci,
- Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci,
- İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci,
- Qazax Dövlət Sosial-İqtisadi Kolleci,
- Quba Dövlət Sosial-İqtisadi Kolleci,
- Masallı Dövlət Regional Kolleci,
- Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci,
- Şamaxı Dövlət Regional Kolleci,
- Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci,
- Şuşa Humanitar Kolleci,
- Tovuz Dövlət Sosial-İqtisadi Kolleci,
- Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci.