Bu, Kiyevin şəxsən Putinə zərbəsidir – Piontkovski

Bu, Kiyevin şəxsən Putinə zərbəsidir – Piontkovski

Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Popasnada “Vaqner” qərargahını məhv etməsi şəxsən Putinə zərbədir.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Piontkovski deyib.

O bildirib ki, vaqnerçilərin Xerson vilayətində qalması siyasi nöqteyi-nəzərdən daha yaxşı olsa da, hərbi baxımdan oranı tərk etməlidirlər:

“Hərbi baxımdan indi Rusiya Baş Qərargahının vaqnerçiləri sağ sahildən çıxarması məqsədəuyğundur. Çünki onlar hazırda həssas və resurslardan məhrum vəziyyətdədir. Buna görə də hər an məhv edilə bilərlər”.

O qeyd edib ki, Hitler də öz dönəmində Putin kimi belə səhvlərə dəfələrlə yol verib.

Teqlər: