Xəbər - Samir Əli – Trend:
Yasamal rayonu, Kənar Dairəvi yol ilə Dadaş Bünyadzadə küçəsinin kəsişməsində işıqforlar quraşdırılaraq yol hərəkət iştirakçılarının hərəkət ardıcıllığı nizamlanıb.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, məqsəd ərazidə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, baş verən qəzaların qarşısının alınması və Dadaş Bünyadzadə küçəsindən çıxan nəqliyyat vasitələrinin hərəkətində yaranan çətinliyin aradan qaldırılmasıdır.
Ərazidə işıqfor obyektləri və yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib, nizamlanan eyni səviyyəli piyada keçidi çəkilib, eyni səviyyəli piyada keçdinin önündə panduslar inşa olunub.
Nəticədə, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub və əlçatanlıq səviyyəsi artırılıb.