Sərhəd delimitasiyası Nerkin Handda da aparılmalıdır.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikə (Zəngəzur) səfəri zamanı sərhədlərin delimitasiyası məsələsindən danışarkən deyib.
O, delimitasiyadan sonra Əskiparada quraşdırılan tikanlı məftilləri Nerkin Hand sakinlərinə misal çəkib.
“Əskiparada delimitasiyadan sonra indi vəziyyət belədir: hasar çəkilib, təhlükəsizlik təmin olunub, oradan nə inək, nə də adam keçməyəcək, gecələr insanlar rahat yatır. Camaat, burada da eyni şeyi etməliyik, çünki həll yolu budur”, – deyə o, sakinlərlə söhbətində bildirib.
Qeyd edək ki, Nerkin Hand kəndi üç tərəfdən azərbaycanlıların əhatəsində olsa da, erməni sakinləri təhlükəsizlik məsələsində narahatlıq ifadə etməyiblər.