İsrailin rabitə naziri Şlomo Kari hərbi-siyasi kabinetin müvafiq qərarından sonra Livanın “Əl Mayadin” telekanalının ölkədə yayımının dayandırılması haqqında qərar imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Məlumata görə, fərman hərbi-siyasi kabinetin “yayımı dövlətin təhlükəsizliyinə xələl gətirən xarici televiziya kanalının bağlanmasına” icazə verən qaydaları təsdiq etdikdən sonra imzalanıb.
Qeyd edək ki, İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının yerli filialının bağlanmasını da müzakirə edir.