Beynəlxalq Parlamentlər İttifaqı Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola bilər.
AzerTimes xəbər verir ki, bu təkliflə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.