Ukrayna ordusu Baxmut istiqamətində 44, Liman-Kupyansk istiqamətində isə 35 rus hərbçisini məhv edib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun Şərq qruplaşmasının spikeri Sergey Çerevatıy deyib.
“Baxmut istiqamətində Ukrayna müdafiə qüvvələri təşəbbüsü saxlamaqda, düşmənə təzyiq göstərməkdə, hücum əməliyyatları aparmaqda və torpaqlarımızı geri almaqda davam edir. Liman-Kupyansk istiqamətində işğalçılar təşəbbüsü ələ keçirməyə və hücum əməliyyatları keçirməyə çalışırlar. Ordumuzun uğurlu hərəkətləri sayəsində bu planlar düşmən üçün uğursuz alınır”, – Çerevatıy bildirib.