Emənistanla ABŞ-ın keçirəcəyi birgə təlimlər İrəvanın Moskvaya qarşı xəyanətidir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.
O qeyd edib ki, Ermənistanın bu qərarı Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərə zərbədir.
“Bu, Azərbaycan və Rusiyanın maraqlarını daha da yaxınlaşdırır. İki ölkə razılaşmalara dəqiq əməl edir və 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli bəyanatı yerinə yetirirlər, Ermənistan isə buna əməl etmir”, – ekspert bildirib.
Qeyd edək ki, Ermənistan müdafiə nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində ABŞ-la birgə hərbi təlimlər keçiriləcəyi barədə xəbər yayıb.