İranın nüvə obyektindəki fəaliyyətləri Tehranın üzərinə götürdüyü öhdəliklərə ziddir.
AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktor Rafael Qrossinin adından yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq olunmadan zənginləşdirilmiş uran istehsalı ilə bağlı Fordodakı zavodunun dizaynı ilə əlaqəli məlumatlara ciddi şəkildə dəyişikliklər etməsindən narahatdır.