İran həmişə Ermənistanın suverenliyini dəstəkləyib.
AzerTimes xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.
“Ermənistanın suverenliyinin pozulmasına gətirib çıxara biləcək amillərlə razı deyilik”, – o bildirib.
“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri ilə razı olmadığınız anlamına gəlirmi” sualına isə səfir belə cavab verib:
“Bizim üçün qəbuledilməz olan Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün pozulması ola bilər”.