Bu ilin yanvar ayında Bakı və Sumqayıtda 1 milyondan çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri
tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik)
təqdim edilən ilkin hesabatlara əsasən car ilin yanvar ayı ərzində
Bakı TƏB üzrə 217 267 (Tibbi ərazi bölmələri haqqında ətraflı
məlumat – link) və Sumqayıt TƏB üzrə 59 449 vətəndaşa müvafiq
olaraq 904 420 və 192 011 tibbi xidmət göstərilib.

Agentlikdən Trend-ə bildirilib ki, Bakı TƏB üzrə 408 324
müraciət, Sumqayıt TƏB üzrə isə 102 709 müraciət qeydə alınıb.
Ümumilikdə hər iki TƏB üzrə tibb müəssisələrinə daxil olan 511 033
müraciət əsasında vətəndaşlara 1 096 431 tibbi xidmət göstərilib.
Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 805 932-si ambulator,
290 499-u isə stasionar şəraitdə göstərilib.

2022-ci ilin yanvar ayı üzrə sözügedən tibbi ərazi bölmələrində
əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik
göstəricini təqdim edirik:

Bakı TƏB üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb
müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan
rayonlar: Yasamal (271), Sabunçu (268), Səbail (261), Nərimanov
(251), Pirallahı (245), Nəsimi (232), Xəzər (217), Suraxanı (145),
Xətai (109) və Qaradağ (102). Sumqayıt TƏB üzrə isə əhalinin hər
1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 154
təşkil edib.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb
müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə
çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi
xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin
xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm
sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici
toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri,
mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, zədələr və
zəhərlənmələrlə bağlı olub.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu :
Sumqayıt Tibb Mərkəzi (169 580), Kliniki Tibbi Mərkəz (110 697),
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (89
835), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (81 246), 3 nömrəli Şəhər
Klinik Xəstəxanası (74 009), K.Y.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya İnstitutu (69 616), 26 nömrəli Birləşmiş Şəhər
Xəstəxanası (31 308), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər
Xəstəxanası (27 941), M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
(20 630) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat
Kardiologiya İnstitutu (19 334).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk
onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası,
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3
nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 26 nömrəli
Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş
Şəhər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası və 29 nömrəli
Birləşmiş Şəhər Xəstəxanası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk
onluğu: Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov
adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik
Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, M.A.Topçubaşov
adına Elmi Cərrahiyyə Mərkəzi, Ə.D.Məlikov adına 6 nömrəli
Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası.

Məlumat üçü bildirək ki, bütün ölkə üzrə cari ilin yanvar ayı
ərzində 681 604 nəfərə 1 166 659 müraciət üzrə 2 584 895 tibbi
xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2
101 326-sı ambulator, 483 569-u isə stasionar şəraitdə göstərilib.
Bu xidmətlərin 1 861 124-dən (72%) böyüklər, 723 771-dən (28%) isə
uşaqlar istifadə edib.

01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və
Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 57
min 500 nəfər təşkil edir.

Teqlər: