Bu ilin ilk rübündə büdcəyə vergi daxilolmaları 34,4 faiz artıb – Nazir

2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları
ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard
802.191,1 min manat təşkil edib və proqnoz 123,8% səviyyəsində icra
olunub.


Trend
-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir bildirib ki, qeyri-neft sektoru üzrə daxilolmalar 48,9%
artaraq 2 milyard 249.381,3 min manat olub və proqnoz 128,6% yerinə
yetirilib.

Teqlər: