Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ilin yanvar-iyul aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 22636 nəfər olub.
Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Məlumata görə, bu arayışların 8554-ü pensiya, 5241-i müavinət və təqaüd, 5043-ü fərdi şəxsi hesab, 1116-sı ünvanlı dövlət sosial yardımı, 887-si torpaq pay mülkiyyətçisi, 953-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi, 313-ü şəhid ailəsi üzvü, 248-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 137-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 128-i əlilliyi olan şəxslərə qulluq, 16-sı Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.
Twitter:@cingizsafarli