Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 6660 təbii və texnogen mənşəli hadisə baş verib.
AzerTimes xəbər verir ki, bu barədə FHN-in cari ilin I yarımilliyi ilə bağlı statistikasında qeyd olunub. Bildirilib ki, bu rəqəm 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1613 hadisə və ya 19% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.