Xəbər - Çingiz Səfərli – Trend:
Bu il yanvarın 1-nə Azərbaycan ərazisində 81 neft-qaz yatağı aşkar edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında qeyd olunub.
Hazırda 59 yataqdan karbohidrogen hasil edilir, 22 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb. İşlənmədə olan 40 yataq Azərbaycanın quru (o c. 16 yataq “Azneft”, 24 yataq MM və ƏŞ-ləri tərəfindən istismar olunur), 19 yataq isə dəniz (o c. 13 yataq “Azneft”, 6 yataq – MM və ƏŞ-ləri) ərazisində yerləşir.
01.01.2021-ci il tarixinə Respublika üzrə istismarda olmuş yataqlardan işlənmənin əvvəlindən 2116,9 mln. ton neft-kondensat və 901,5 mlrd. kubmetr qaz hasil olunub, o cümlədən, quruda yerləşən yataqlardan 980,9 mln. ton neft-kondensat, 139,5 mlrd. kubmetr qaz, dəniz yataqlarından 1136,0 mln. ton neft-kondensat, 762 mlrd. kubmetr qaz hasil edilib.
Twitter: @cingizsafarli