2022-ci il bir çox hadisələrlə yanaşı qalmaqallı siyasi açıqlamalarla da yadda qaldı.
AzerTimes onlardan bəzilərini təqdim edir:
Rusiya bilərəkdən Ermənistan-Azərbaycan münaqişəsini qızışdırır
Bu ilin oktyabr ayında Fransa Prezidenti Emmanuel Makron müsahibələrinin birində Rusiyanı Qafqazda və onun ətrafında sabitliyi pozmaq üçün Ermənistanla Azərbaycanı qəsdən münaqişəyə təhrik etdiyini bildirmişdi. Onun çıxışı ciddi qalmaqala səbəb oldu.
Ukraynanın əsas klounu Zelenskidir
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna Prezidenti Vladimir Zelenskinin rusların Avropaya girişini qadağan etmək çağırışını Adolf Hitlerin ideyaları ilə müqayisə edərək, “Ukraynanın əsas təlxəyi bütün Rusiya əhalisini mühakimə etməyi təklif edir”, deyə bildirmişdi.
Gəlin, danışıq, mən normal kişiyəm, dişləmirəm
Ukrayna Prezidenti Vladimir Zelenski Vladimir Putini danışıqlar masasına oturmağa dəvət etmişdi: “Mənimlə danışıqlar masasına əyləşin, amma Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts kimi 30 metr aralıda deyil. Axı mən qonşuyam, normal insanam. Mənimlə otur, danış. Mən dişləmirəm”.
İşlədiyim müddətdə 50 dəfə İrana səfər etmişəm
May ayında ABŞ Prezidenti Co Bayden Ohayo ştatında zavodda işçilərlə görüşü zamanı daha bir səhv ifadə işlədərək, işlədiyi müddətdə İran, İraq və Əfqanıstana 50 dəfə səfər etdiyini bildirmişdi.
Lukaşenko məhsul yığmağa ordu və polis göndərir
Avqustda Belarusun Vitebsk vilayətinin Postavı rayonunda qeydə alınan məhsul yığımının sürəti Prezident Aleksandr Lukaşenkonu qane etməmişdi. O, yerli hakimiyyət orqanlarına şikayət edərək, hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla, hamının əkin sahələrinə göndərilməsini tələb etmişdi: “Polis, ordu, hamını işlət. Mübarizə dəmir intizamdan daha pisdir. Müharibə qoxu duyğumuzu itirdiyimiz və işləməyi dayandırdığımız zaman başlayır”.
Bu kişilər arvad paltarı geyinsin
Çeçenistan rəhbəri Ramzan Kadırov qismən səfərbərlik elan edildikdən sonra Rusiyanı tərk edən kişilərə yubka geyinməyi tövsiyə etmişdi: “Çətin vaxtlarda vətənini qoyub xaricə gedənləri anlamıram. Belə qorxaqlara ətək geyinməyi məsləhət görürəm. Tariximizdə hətta qadınlar da kişilərlə bərabər sona qədər mübarizə aparmağa cəsarət göstəriblər”.
Biz mümkün qədər çox rus öldürməliyik
Avqust ayında Ukraynanın Qazaxıstandakı səfiri Pyotr Vrublevski müsahibəsində mümkün qədər çox rus öldürməyə çağırmışdı: “Bu yolla ukraynalıların gələcək nəsillərinə kömək etmək olar”.
Daha sonra diplomat üzr istəmişdi.