Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 milyard 657,5 mln. manat proqnoza qarşı 17 milyard 711,9 mln. manat və ya 90,1 faiz icra edilib.
Maliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, dövlət büdcəsi xərclərinin 11 milyard 476,4 mln. manatı və ya 64,8 faizi cari xərclərə, 4 milyard 722 mln. manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1 milyard 513,5 mln. manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7 milyard 655,2 mln. manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 mln. manat və ya 6,7 faiz üstələyib.
2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranıb.