Bu ilin 3 ayında 378 cütlük boşanmaq üçün müraciət edib – Ədliyyə Nazirliyi

Bu il aprelin 1-dək 378 cütlük boşanmaq üçün müraciət edib.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan
Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri Aynur Sabitova
Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı
ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən
Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq
hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda
keçirilən tədbirdə deyib.

O bildirib ki, ötən il boşanmaq üçün 1748 cütlük müraciət
edib.

“Mediasiya Təşkilatlarının səyi nəticəsində ötən il 268 cütlük
boşanmaqdan imtina edib. 2020-ci ildə boşanmaq üçün müraciət edən
1108 cütlükdən 108-i, 2019-cu ildə isə müraciət edən 1269 cütlükdən
254-ü boşanmaqdan imtina edib”,- A.Sabitova bildirib.

Teqlər: