Bu ilin 11 ayında ödənilən pensiya, müavinət, təqaüd və ünvanlı yardımların həcmi açıqlandı

2021-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,2% və ya 167 mln. manat çoxdur.


Teqlər: