Bu ilin 10 ayı ərzində İranla ticarət dövriyyəsində 23.6 faiz artım müşahidə edilib – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Bugünkü görüşdə həm ikitərəfli, həm də beynəlxalq təşklatlar çərçivəsində əlaqələrin inkişafı müzakirə edilib.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında münasibətlər içərisində ticari-iqtisadi əlaqələr xüsusi önəm kəsb edir. Bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsində 23.6 faiz artım müşahidə edilib.

Teqlər: