Bu il TANAP vasitəsilə 4 mlrd. kubmetr qaz Türkiyə və Avropa bazarına nəql olunub – Rövşən Nəcəf

Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi
əhəmiyyətə malik Trans-Adriatik Qaz Boru Kəməri (TANAP) vasitəsilə
istismara verildiyi tarixdən 1 aprel 2022-ci ilə qədər 26,13
milyard kubmetr təbii qaz nəql edilib.


Trend
-in məlumatına görə, bunu SOCAR-ın birinci
vitse-prezidenti, prezident vəzifəsini icra edən Rövşən Nəcəf
özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, cari ilin 1-ci rübündə isə bu kəmərlə 4,01
milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql
olunub.

Teqlər: