Xəbər - Humay Ağacanova – Trend:
Bu il şəhid ailələri və müharibə əlillərinə 1600 mənzil təqdim edilib.
AzerTimes-ın məlumatına görə, bunu cümə günü Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan “Hərə bir qəhrəman oldu” adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.
O qeyd edib ki, dövlət şəhid ailələrinə, qazilərə, müharibədən zərər görən insanlara xüsusi diqqət, davamlı dəstək və yardım proqramları təqdim edir:
“Bu proqramların arasında ən vacblərindən biri şəhid ailələri və müharibə əlillərinin mənzil təminatıdır. Proqram çərçivəsində bu il ərzində 3000 mənzilin verilməsi planlaşdırılır ki, artıq 1600 mənzil təqdim edilib.
Bundan əlavə həssas qruplara verilən təqaüdlər, müavinətlər, sosial ödənişlər və onların məbləğləri əhəmiyyətli dərəcədə artırılıb.”