Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ilin 6 ayı ərzində 27 kilometr suvarma kanalı, 26 kilometr boru kəməri çəkilib.
Bunu AzerTimes-a açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov deyib.
Onun sözlərinə görə, bundan başqa suvarma kollektor-drenaj şəbəkələrində təmizlik işləri görülüb, şəbəkələr üzərində 2830 ədəd hidrotexniki qurğu, 166 ədəd nasos stansiyası, həmçinin 1600 ədəd subartezian quyusu təmir edilərək su istifadəçilərinin istismarına verilib.
“Torpaq sahələrinin melioraktiv vəziyyətinin yaxşılaşdırılması məqsədilə 70 kilometr uzunluğunda kollektor tikilib və ya bərpa edilib. Hazırda ayrı-ayrı rayonlarda subartezian quyularının qazılması həyata keçirilir. Ötən il 400 ədəd belə quyu qazılıb, bu il isə 200-ünün qazılması planlaşdırılır”.