Xəbər - Çingiz Səfərli -Trend:
2021-ci ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müxtəlif ixtisaslarda 34 qısamüddətli peşə təlimi keçirilib.
Trend xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
Nazir qeyd edib ki, onlardan 29-u tamamlanıb, 5-i isə davam edir.
“Təlimlərə 800 nəfər cəlb edilib. Təlimləri bitirmiş şəxslərin 40%-i işləyən (211), 60%-i (307) isə işləməyən şəxslərdir. Təlimləri bitirmiş işsiz məzunların 30%-dən çoxu təlimlərdən sonra iş imkanı əldə edib” – nazir yazıb.