Xəbər - Çingiz Səfərli – Trend:
Bu il 110-a yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.
Bu barədə AzerTimes-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyət əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
Qeyd edək ki, ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2% təşkil edir. Son 10 ildə Respublikamızda 1554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub.