Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? – Nazirdən cavab

Xəbər - İlhamə İsabalayeva – Trend:

Təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiya prosesi haqqında məlumat verib.

AzerTimes-ın məlumatına görə, nazir əlavə edib ki, sertifikatlaşdırma bu ilin prioritetlərindəndir:

“Hazırda yalnız prosesə hazırlıq mərhələsindən danışa bilərik. Bu, sürətli və qəfil baş verən proses olmayacaq. Ən azı, bu ilin birinci yarısında sertifikasiyanın keçirilməyəcəyini deyə bilərəm”.

Teqlər: