2021-ci ildə Kaspersky tərəfindən gündəlik orta hesabla 380 min yeni zərərli fayl aşkarlanıb. Bu isə 2020-ci il ilə müqayisədə 5.7% çoxdur. Təhdidlərin əksəriyyəti (91%) ənənəvi olaraq WindowsPE fayllarının (Windows əməliyyat sistemində istifadə olunan fayl formatı) tərkibində olub. 2021-ci ildə təcavüzkarlar həmişəkindən daha aktiv şəkildə Linux üçün təhdidlər yayıblar. Bu qrupdan olan əməliyyat sistemləri üçün aşkarlanmış zərərli və arzuolunmaz proqramların sayı 57% artıb.
Öz surətini çıxara və sistemə daxil olduqdan sonra özbaşına yayıla bilən aşkarlanmış qurdların sayı 117.5% artıb, viruslarda isə artım 27% olub. Aşkarlanmış təhdidlərin yarısından çoxunu (54%) spesifik olmayan troyanlar təşkil edib. Eyni zamanda, 2021-ci ildə dropper toryanların sayı da 2.24% artıb. Bu tip zərərvericilər xüsuilə təhlükəlidir, çünki qurbanın cihazına daha mürəkkəb zərərli proqramları yerləşdirmək üçün nəzərdə tutulub.
“2021-ci il ərzində ötən illə müqayisədə bir gündə 20 min daha çox zərərli fayl aşkarlamışıq. Bu gözlənilməz deyildi – əksər insanların uzaqdan iş rejiminə davam etməsi səbəbindən ümumi onlayn aktivlik hələ də pik səviyyədə qalır. Offlayna kütləvi keçid o deməkdir ki, insanlar daha çox cihazdan istifadə edir. Bu da, öz növbəsində hücumların artımına gətirib çıxarır və nəticə olaraq qorunma səviyyəsini azaldır. Buna görə də, istifadəçilərin öz rəqəmsal savadlılıqlarını artırmaları və qorunma həllərini zamanında yeniləmələri vacibdir”, – deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Denis Staforkin qeyd edir.
Təşkilatların zərərli fayllar və və istənilən mürəkkəblikdəki, o cümlədən, ən mürəkkəb kiber təhdidlərdən qorunması üçün Kaspersky tezliklə özünün yeni həll xətti olan Kaspersky Symphony-ni işə salacaq. Onun əsasında həm fiziki, həm də mürəkkəb kiber təhdidlərin aşkarlanması və onlara cavab verilməsi üçün qabaqcıl alətlərlə təchiz edilmiş virtual iş cihazlarının qorunması üçün tanınmış texnologiyalar dayanır.
Bu xəttə dörd səviyyə daxildir: Kaspersky Symphony Security, Kaspersky Symphony EDR, Kaspersky Symphony MDR və Kaspersky Symphony XDR. Sifarişçilər özlərinə lazım olan səviyyəni seçə və çox rahat şəkildə biznesin inkişafı və informasiya təhlükəsizliyi sahəsində sayıqlığın növbəti mərhələsinə keçə bilərlər.
Kaspersky Symphony XDR bir lisenziyada iş yerlərinin və elektron poçtların qorunması, qum saatı, şəbəkə trafikinin analizi üçün alətlər, işçilərin məlumatlılığının artırılması və təhdidlər haqqında məlumatlarla işləmək üçün platformaları birləşdirir.
Yeni məhsul xəttinin buraxılışı 2022-ci ilin əvvəlinə nəzərdə tutulub. Kaspersky Symphony XDR və digər səviyyələr haqqında daha ətraflı buradan öyrənə bilərsiniz: https://go.kaspersky.com/symphony.
2021-ci il üçün digər analitik məlumatlarla tanış olmaq, həmçinin Kaspersky mütəxəssislərinin 2022-ci il üçün proqnozlarını öyrənmək üçün buraya keçid edin: https://securelist.ru/ksb-2021/.
* “Kaspersky Security Bulletin: Statistics of the Year” hesabatından götürülmüş məlumatlar