Bu ilin 4 ayında operativ məlumatlara əsasən hasil edilmiş 11.1
milyon ton neftin 9 mln. tonu ixraca nəql edilib.
AzerTimes-ın məlumatına görə,
bunu energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində
bildirib.
“Ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil
edilmiş 15.7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac
olunub”, – deyə nazir əlavə edib.