Bu il istehlakçı hüquqlarının pozulması ilə bağlı 4500 müraciət daxil olub

Xəbər - Samir Əli – Trend:

Bu ilin 11 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçıların hüquqlarının pozulması ilə bağlı 4500 müraciət daxil olub.

AzerTimes-ın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov deyib.

O bildirib ki, görülən tədbirlər nəticəsində 330 min manat dəyərində istehlakçı tələbləri təmin olunub.

“Şikayətlər daha çox istehlakçı ilə sahibkarlıq subyektləri arasındakı müqavilələrlə bağlı, elektron ticarətin tətbiqindən istifadə, xarici ölkələrdən alınan malların daşınması ilə bağlıdır. Təbii ki bu istiqamətdə zəruri maarifləndirici tədbirlər görülüb və istehlakçı məmnuniyyətinin təmin olunması ilə bağlı təlimat verilib”, – eyə o bildirib.

Teqlər: