Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə
Komissiyası 2022-ci il mövsümü üçün sprint yarışlarının üç
mərhələsinin keçirilməsini təsdiqləyib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Federasiyanın mətbuat xidməti
bildirib.
Qarşıdan gələn mövsümdə sprint yarışları Emiliya-Romanya (22-24
aprel), Avstriya (8-10 iyul) və Braziliya (11-13 noyabr)
mərhələlərində keçiriləcək.
Qeyd edək ki, yeni Formula 1 mövsümünün ilk mərhələsi martın
18-dən 20-dək Bəhreyndə keçiriləcək