Bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizi peyvənd olunmalıdır – ÜST

Bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizi peyvənd olunmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus videomüraciətində bildirib.

Onun sözlərinə görə, dünya ölkələrinin yalnız 2/3 hissəsində əhalinin əksəriyyətinə vaksin vurulub. ÜST-ün məqsədi bu ilin sonuna qədər bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvəndlənməsinə nail olunmasıdır.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: