2022-ci ildə əmək və məşğulluq sahəsində rəqəmsallaşma
səviyyəsinin 80%-ə çatdırılması hədəflənib.
AzerTimes-ın məlumatına görə, bu
barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyinin 2022-ci il üzrə hədəflərin və icra
planlarının müzakirəsi zamanı bildirilib.
Qeyd edilib ki, hazırda vahid əmək münasibətləri platforması
rolunu oynayacaq “Əmək münasibətləri və məşğulluq” altsistemi
qurulur. “Məşğul şəxslərin reyestri”, “Ölkənin məşğulluq xəritəsi,
“BACAR” virtual informasiya resursu, “Sosial tərəfdaşlarla iş və
reyestrlər” e-sistemi və s. də yaradılması işləri aparılır.
Agentliyin sədri Mustafa Abbasbəyli bu il də aktiv məşğulluq
proqramlarının genişləndirilməsinin əsas hədəflərdən olduğunu, o
cümlədən peşə hazırlığına cəlb edilənlərin sayının artacağını
deyib.
İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisini artırılmasının, əmək
bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf
etdirilməsinin əsas fəaliyyət istiqamətləri olduğunu qeyd edib.
Qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks
tədbirlərin görülməsi, sosial tərəfdaşlarla iş, beynəlxalq
təşkilatlarla əlaqələrin gücləndirilməsi, vətəndaşlara göstərilən
xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması, əmək və
məşğulluq siyasətinin hədəfyönümlü olmasının təmin edilməsi, hər
bir işsizə münasibətdə məşğulluq imkanlarının qiymətləndirilməsi və
individual Fərdi Məşğulluq Proqramının tərtib edilməsi və s.
hədəflərə doğru görülən işlər və qarşıda duran vəzifələr müzakirə
olunub.