Xəbər - Humay Ağacanova – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən
2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət
və təqaüdlərin təyinatı elektron qaydada həyata keçirilir.
Nazirlikdən
Trend-ə verilən məlumata görə 2022-ci ilin yanvar-fevral
aylarında 88,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada
aparılıb.
Onlardan 2,3 mini pensiya, 86 mini müavinət və təqaüd
təyinatları olub.
Bununla da vətəndaşların həmin sosial təminat növlərinə
hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə
ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada
təyin edilib.