Xəbər - Orxan Nəbiyev – Trend:
2021-ci ildə dünya ticarətinin ötən illə müqayisədə 23 faiz artması gözlənilir.
Trend-in məlumatına görə, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.
Qeyd olunub ki, bu ilin sonundan dünya ticarəti 28 trilyon dollaradək çata bilər.
Hesabatda vurğulanır ki, dünya ticarətinin artım tempi 2021-ci ilin ikinci yarısından etibarən stabilləşib.
Ölkələr arasında 2021-ci ilin üçüncü rübündə ABŞ-da malların ixracı 2019-cu ilin göstəriciləri ilə müqayisədə artıb, xidmətlər ixracı isə bir faiz azalıb. Çində malların ixracı 34 faiz, xidmətlərin ixracı 46 faiz artıb. Rusiyada bu rəqəmlər müvafiq olaraq 32 faiz artıb və 15 faiz azalıb.